Ermənistana İrandan gələn ölkə vətəndaşında ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.
Bununla bağlı Asmedia.az TASS-a istinadən xəbər verir.
Ölkənin baş naziri Nikol Paşinyan özünün "Facebook"dakı səhifəsində ölkədə koronavirusa yoluxma hadisəsinin qeydə alındığını təsdiqləyib.
"Təəssüf ki, təxminən 2 saat əvvəl biz koronavirusa ilk yoluxma haqqında bildik. Pasiyentin 29 yaşı var. O, fevralın 28-də xanımı ilə İrandan gəlib", - deyə baş nazir özünün "Facebook"dakı səhifəsində yazıb.
Qeyd edək ki, 4 gün əvvəl Ermənistan hökuməti yanında səhiyyə və əməyin müfəttişi orqanının rəhbəri Akop Avakyan bildirib ki, ölkədə onlarla insan koronavirus xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib. O, qeyd edib ki, 36 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb. A.Avakyan xaricdən gələn ermənilərin hava limanlarında nəzarətə götürüldüyünü, bu istiqamətdə ölkənin Xarici İşlər Nazirliyi və digər dövlət orqanları ilə əməkdaşlıq etdiklərini açıqlayıb.
A.Avakyan bununla belə xəstəxanaya yerləşdirilmiş şəxslərin neçəsində koronavirusun qeydə alındığını deməyib.