Şimali Makedoniyada 78 miqrantla dolu yük maşını aşkar edildi

2-03-2020, 07:28

Şimali Makedoniya polisi Yunanıstan ilə sərhəddə Yaxın Şərq və Şimali Afrika ölkələrindən gələn 78 miqrantla dolu yük maşını aşkar edib.
Asmedia.az “RİA Novosti” istinadən xəbər verir ki, daha əvvəl ölkənin DİN rəhbəri Nake Çulev yerli polisin yeni miqrant dalğasına hazır olduğunu bildirmişdi.
Məlumata əsasən, miqrantlardan 41 pakistanlı, 26 əfqanıstanlı, beşi suriyalı, dördü misirli, ikisi isə türkiyəlidir.


İstifadəçi paneli