Can Yaman onu qucaqlayan qadın pərəstişkarını döyüb? - İDDİA

3-03-2020, 20:39

Son zamanlar qalmaqallı hadisələrlə gündəmdən düşməyən türkiyəli məşhur aktyor Can Yaman qadın pərəstişkarını döyməsi ilə ittiham edilib.
Asmedia.az Sondakika.com-un istinadən xəbər verir ki, hadisə gecə klublarının birində baş verib.
İddiaya görə, Çiğdem Gökaşan adlı gənc qadın məşhurla şəkil çəkdirdikdən sonra onu videoya çəkməyə başlayıb.
Qadının onu gizli-gizli videoya çəkdiyini düşünərək qəzəblənən Yaman əvvəlcə onunla mübahisə edib, sonra isə döyərək məkandan qovub.
Bundan sonra Gökaşan polisə şikayət edib. Onun ifadəsinə görə, şəkil çəkdirən zaman aktyoru qucaqlayıb. Bundan narahat olan Yaman onu itələyib.
Gökaşan video çəkdiyi zaman Yaman qadının onu çəkdiyini zənn edib. Bu zaman aktyorun tapşırığı ilə mühafizəçilər Gökaşana və rəfiqələrinə gecə klubunu tərk etmələri barədə xəbərdarlıq ediblər. Qadının aktyorun yanına gedərək “səni biz məşhur etdik, indi buradan qovursan?” - deməsindən sonra Yaman onun qolunu tutaraq burub.
Hadisə ilə bağlı araşdırma başlayıb.


İstifadəçi paneli