ÜST COVID-19-un yoxa çıxacağı tarixdən danışdı

7-03-2020, 11:23

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan media üçün keçirilən brifinqdə koronavirusun (COVID-19) yoxa çıxma müddəti barədə danışıb.
Translyasiyaya ÜST-nın “Twitter” səhifəsində baxmaq olar.
“Koronavirus yayda yoxa çıxsa, bu, taleyin hədiyyəsi olar, lakin buna bel bağlamağa dəyməz”, - deyə Rayan bildirib.
Onun sözlərinə görə, virus qrip kimi asan yox olmayacaq. 
“Hazırda bunun baş verəcəyini hesab etməyə əsas yoxdur. Buna görə də, öz-özünə keçəcəyinə ümid etmədən, virusla indi mübarizə aparmaq lazımdır”, - deyə ÜST rəsmisi qeyd edib.
 


İstifadəçi paneli