ABŞ-da Xocalı faciəsi ilə bağlı rəsm sərgisi açıldı

8-03-2020, 11:35

Amerika Birləşmiş Ştatlarının (ABŞ) şimal-şərqində yerləşən Meyn ştatında “Xocalı faciəsi uşaqların gözündə” adlı rəsm sərgisi açılıb.
  
ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü və təşkilatın Meyn ştatı üzrə Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə açılan sərgidə nümayiş olunan əsərlərdə Xocalı faciəsində yaşananlar uşaqların fırçası ilə canlandırılıb.
  
 30-dan çox rəsm əsərinin nümayiş olunduğu sərgidə məlumat lövhələri qoyulub və ziyarətçilərə Xocalı faicəsi haqqında tarixi faktların yer aldığı məlumatlar təqdim edilib. T.Əhmədov “Report”a açıqlamasında bildirib ki, Xocalı faciəsi, Ermənistanın işğalçılıq siyasəti haqqında tez-tez tədbirlərin təşkil olunduğu Meyn ştatında icmanın səyləri nəticəsində soyqırımının anılmasına dair sənəd qəbul olunub. Meyn ştatının qanunvericiləri sənəddə ABŞ-ın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi siyasətinə qoşulduqlarını bildiriblər.
  
 “Məqsədimiz Xocalıda yaşananları daha geniş kütləyə, Amerika cəmiyyətinə çatdırmaqdır. Keçən illər ərzində bu istəyimizə bir qədər nail olmuşuq. Ancaq dayanmaq fikrimiz yoxdur. 

asmedia.az


İstifadəçi paneli