Fransız nazir də koronavirusa yoluxdu

10-03-2020, 00:19

Fransanın Mədəniyyət naziri Frank Riester də koronavirusa yoluxub.
Asmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda müşahidə altında olan nazirinin durumunun stabil olduğu bildirilir.
Qeyd edək ki, daha öncə Fransa parlamentinin deputatı Jan-Lük Reytser də koronavirusa yoluxub.
Xatırladaq ki, sözügedən ölkədə 25 nəfər koronavirusdan dünyasını dəyişib.


İstifadəçi paneli