Ermənistanda karantinə alınanların sayı açqlandı

12-03-2020, 20:25

Ermənistanda 57 nəfər koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb.
Asmedia.az “Panorama.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan “Facebook” səhifəsində yazıb.
Onun yazdığına görə, həmin şəxslər koronavirusa yoluxan 3 nəfərlə təmasda olublar. 
Qeyd edək ki, Ermənistan 4 vətəndaşının COVİD-19-a yoluxduğunu rəsmi olaraq elan edib
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 127 810-a çatıb. Bunların 68 335 nəfəri sağalıb, 4 717 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


İstifadəçi paneli