Güclü zəlzələdən sonra Xorvatiyadan ilk görüntülər - YENİLƏNİB 2

22-03-2020, 22:36

Xorvatiyanın Zaqreb şəhəri yaxınlığında baş verən zəlzələdən sonra mövcud vəziyyəti özündə əks etdirən videogörüntülər yayımlanıb.
Asmedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələ nəticəsində binaların fasadlarının çərçivələri insanların istifadə etdiyi səkinin kənarına düşüb. 
Bir çox daş parçaları avtomobillərin üzərinə düşərək nəqliyyat vasitələrini yararsız hala salıb. Görüntülərdən bəlli olur ki, son 140 il ərzində baş verən güclü zəlzələ şəhərə ciddi ziyan vurub. 
Bir çox daş parçaları avtomobillərin üzərinə düşərək nəqliyyat vasitələrini yararsız hala salıb. Görüntülərdən bəlli olur ki, son 140 il ərzində baş verən güclü zəlzələ şəhərə ciddi ziyan vurub. 
 
***13:12
Xorvatiyada baş verən zəlzələ nəticəsində bir nəfər həyatını itirib.
Bu barədə Asmedia.az “Reuters” hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Zaqreb şəhərində dağılmış binanın dağıntıları altından bir uşağın meyiti aşkarlanıb.
***10:38
Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 5,3 maqnituda gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 05.24 (Bakı vaxtı ilə - 09:24) radələrində baş verən zəlzələnin ocağı Zaqrebdən 7 km uzaqlıqda, 10 km dərinlikdə yerləşi


asmedia.az/report


İstifadəçi paneli