Kolumbiyada həbsxanada qiyam zamanı onlarla insan həlak oldu - VİDEO

23-03-2020, 01:11

Kolumbiyanın paytaxtındakı "Modelo" həbsxanasından kütləvi qaçışı təşkil etmək cəhdi zamanı azı 23 nəfər həlak olub, daha 83 nəfər yaralanıb.
Asmedia.az “ElTiempo”ya istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Marqarita Kabelo bildirib.
Nəşrin məlumatına görə, həbsxanada qarışıqlıqlara qeyri-kafi sanitar şərait, həmçinin məhkumların koronavirusdan müdafiənin təmin edilməsi ilə bağlı tələbləri səbəb olub.
Bu halda Kabelonun sözlərinə görə, bu gün məhbuslar və həbsxananın personalı arasında koronavirusa yoluxma halı aşkar edilməyib.
Nazir əlavə edib ki, qiyamlar ölkənin daha bir neçə həbsxanasında baş verib, ancaq heç kəs qaçmağı bacarmayıb.


 


İstifadəçi paneli