Oxşar xəbərlər
Tunisdə növbədənkənar perzident seçkilərinin birinci turu başa çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Seçkilər üzrə Ali Müstəqil Komissiyanın rəhbəri Nabil Baffun mətbuat konfransında deyib.
Onun sözlərinə görə, birinci turda saat 20:00 (GMT+4) üçün seçicilərin aktivliyi 35 faiz təşkil edib.
Məlumata əsasən, seçkilərin nəticələri qanuna uyğun olaraq 3 gün ərzində bəyan edilməlidir.
Qeyd edək ki, Tunisin prezidenti postuna 24 nəfər namizədliyini irəli sürüb.