"Hakimiyyətdən uşaqlarıma görə yapışmışam" – Lukaşenkodan ETİRAF

9-09-2020, 23:40

Belarus lideri Aleksandr Lukaşenko hakimiyyətdə qalmağa çalışmağının səbəbini açıqlayıb.
asmedia.az-ın xəbərinə görə, Lukaşenko Rusiya jurnalistlərinə müsahibəsində bildirib ki, hakimiyyətdə ailəsinə və uşaqlara görə qalmağa çalışır.
“Mənim uşaqlarım və yanımda olanların uşaqları... Onları tikə-parça edəcəklər. Küçələrə axışanlardan özünüzdə görürsünüz ki.... Küçələrdəki adamcıqları demirəm, onlar elə günü sabah unudulacaqlar. Söhbət çoxlarınızın görmədiklərindən gedir, mən isə onları görürəm. Bax elə bu da məni ayaqda saxlayır”, - deyə Belarus prezidenti etiraf edib.


İstifadəçi paneli