Türkiyə Ordusunun 3 hərbçisi şəhid oldu

11-09-2020, 21:47

Türkiyə Daxili İşlər Nazirliyinin Jandarm QÜvvələrinin 3 əməkdaşı Van vilayətində şəhid olub.
 
asmedia.az xəbər verir ki, DİN-in yaydığı açıqlamada bildirilib ki, hadisə "Yıldırım -10 Norduz” terrorçuların zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyat zamanı baş verib. Vanın Çatak mahalında 3 terrorçu məhv edilib.
 
Əməliyyat zamanı bir jandarma kapitanı və 2 jandarma çavuşu şəhid olub, bir jandarma podpolkovniki isə yaralanıb.


İstifadəçi paneli