Zakir Həsənov Hulusi Akarla görüşdü

5-10-2021, 12:08

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla görüşüb.
ASmedia.az xəbər verir ki, görüş Gürcüstanın Kaxeti bölgəsində üç ölkənin müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Görüşdə müdafiə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı və regionda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


İstifadəçi paneli