Polşa prezidenti: Ordu döyüş hazırlığı vəziyyətindədir

12-11-2021, 08:33

Belarus sərhədindəki miqrasiya böhranı ilə əlaqədar silahlı qüvvələr döyüş hazırlığı vəziyyətindədir.
ASmedia.az xəbər verir ki, bu sözləri Polşa Prezidenti Andjey Duda deyib.

“Sərhəd qüvvələri, Polşa ordusu, polis və digər xidmətlər ən yüksək hazırlıq səviyyəsindədir. NATO və Avropa İttifaqı partnyorları ilə daim əlaqədəyik. Biz hətta az sayda miqrantı da qəbul edə bilmərik. Çünki bu, Avropa Birliyində dramatik hadisələrə gətirib çıxara bilər”, - deyə Duda bildirib.


İstifadəçi paneli