İsveçrədə qadın prezident oldu

11-12-2019, 19:38

İsveçrənin Ətraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa ölkənin prezidenti seçilib.
Asmedia.az “TASS”a istinadən xəbər verir ki, Federal Məclisin hər iki palatası səsvermə yolu ilə hakim Sosial-demokrat Partiyasının üzvü olan Sommaruqanı 2020-ci ildən bu posta seçib. Sommaruqa 2014-ci ildə İsveçrənin vitse-prezidenti, 2019-cu il yanvarın 1-dən isə növbəti dəfə yenidən vitse-prezidenti seçilib.
O eyni zamanda İsveçrə Federal Şurasının üzvüdür. 2018-ci ilədək Ədliyyə və polis naziri olub. 59 yaşı var.


İstifadəçi paneli