Oxşar xəbərlər
Ukrayna Prezidenti Vladimir Zelenski Xarici İşlər nazirinin müavini Sergey Kislitsanın ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Asmedia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, müvafiq sənəd Ukrayna dövlət başçısının rəsmi saytında dərc edilib.
Qeyd edək ki, S. Kislitsa 2014-cü ilin martından etibarən Ukrayna Xarici İşlər nazirinin müavini vəzifəsini icra edib. Daha əvvəl Ukrayna XİN-in beynəlxalq təşkilatlar şöbəsinə rəhbərlik edib. Bundan əlavə, Kislitsa Ukraynanı YUNESKO-nun İcra Şurasında təmsil edib.