Ukrayna ruslara elə bir zərbə endirəcək ki... - ABŞ generalı

27-03-2024, 16:01


Qanunsuz tikilmiş Krım körpüsünün dağıdılması Rusiya Prezidenti Vladimir Putin üçün rüsvayçılıq olacaq və ruslar üçün ciddi problemlər yaradacaq.

As Media xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı, istefada olan general-leytenant Ben Hoces deyib.

"Təbii ki, Kerç körpüsünün dağıdılması bu il bu və ya digər şəkildə baş verməlidir. Əminəm ki, ukraynalılar uyğun vaxtı və şərtləri seçəcəklər. Bu nəhəng körpüdür, onu dağıtmaq çox çətin olacaq."

"Ukrayna kəşfiyyat xidmətlərinin bunu necə edəcəyi ilə bağlı yaxşı planı olacaq və bu, hamımızı heyrətləndirəcək. Bu, o qədər ağıllı şəkildə ediləcək ki, ruslar da daxil olmaqla, heç kim bunu gözləməyəcək. Bunu nə vaxt etmək, təbii ki, onların işidir", - o bildirib.




İstifadəçi paneli