Qazaxıstanda qəzaya düşən təyyarənin “qara qutu”su Moskvaya göndərilir

28-12-2019, 13:30

Qazaxıstanın Almatı şəhərində Almatı-Nursultan reysininin qəzaya uğran təyyarəsinin qara qutusu tədqiq edilmək məqsədi ilə Moskvaya Dövlətlərarası Aviasiya Komitəsinə göndəriləcək.
Asmedia.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, bunu "İnterfaks"a açıqlamasında Qazaxıstanın Nəqliyyat və Kommunikasiya naziri Berik Kamaliyev deyib. Onun sözlərinə görə, dekabrın 28-də Moskvadan Almatıya ekspert gəlib. 
Xatırladaq ki, dekabrın 27-də baş vermiş aviaqəzada 15 nəfər ölüb, 66 nəfər yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, təyyarə qəzası nəticəsində ölən və xəsarət alanlar arasında azərbaycanlılar yoxdur.


İstifadəçi paneli