MSK sədri: "27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb"

29-12-2019, 15:33

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808nəfər müraciət edib.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, namizədlərin 350 nəfəri 18siyasi partiya tərəfindən irəli sürülüb: "11nəfər təşəbbüs qrupları tərəfindən,1447nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".
M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1348nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1142 nəfəri imza vərəqələrini artıq götürüb,159 nəfəri imza vərəqini qaytarıb. 27nəfərindeputatlığa namizədliyiqeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür.74 nəfərsə seçkilərdə iştirakını dayandırıb”.


İstifadəçi paneli