SOCAR-ın 2020-ci il üçün əsas planları.

8-01-2020, 08:53

SOCAR-ın 2020-ci il üçün əsas planları
9 il 11 ay ərzində Azərbaycanda 420 milyon ton neft və 287,5 milyard kubmetr qaz hasil edilib. 
Bu barədə Asmedia.az  xəbər verir ki, Bu il Azərbaycanda yeni karbamid zavodunun ötən il başlamış layihələndirilməsinin başa çatması planlaşdırılır. Daha sonra mühəndis layihəsi hazırlanacaq və şirkətin rəhbərliyinə təqdim olunacaq və bundan sonra Sumqayıt kimya-sənaye parkında yeni karbamid zavodunun tikintisi barədə qərar qəbul olunacaq. "Azərkimya" İstehsalat Birliyinin "Etilen-Polietilen" zavodunun modernləşdirilməsini bu ilin ortalarına kimi başa çatdırmaq planlaşdırılır. Şirkətin planları arasında həmçinin Türkiyənin Əliağa yarımadasında "Petkim" neft-kimya kompleksinin və STAR zavodunun yaxınlığında aromatik maddələr zavodunun tikintisi ilə əlaqədar investisiya qərarlarının qəbul edilməsi daxildir. Layihə BP ilə birgə reallaşdırılacaq. Ötən il ilkin mühəndis layihəsi hazırlanıb, bu il isə müvafiq olaraq investisiya qərarları qəbul olunacaq.


İstifadəçi paneli