Bu gün seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Asmedia.az xəbər verir ki, MSK-dan daxil olmuş məlumata görə əvvəlcə Komissiyanın 6 yanvar tarixli iclasının protokolu təsdiq olunub.
Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün təsdiq olunmasına qərar verilib.
Komissiyanın iclasında, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Müraciət maraqlı subyektin də iştirakı ilə Komissiyanın iclasında geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.
Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə də baxılıb.