Növbədənkənar seçkilərlə əlaqədar 5387600 ədəd bülleten çap ediləcək

4-01-2020, 17:26

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirə olunub.
Ameia.az bildirir ki, APA-nın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsəverməyə çıxarılıb və 2020-ci il fevralın 9-na təyin edilmiş  Milli Məclisə növbədənkənar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.


İstifadəçi paneli