Xərçəngdən bu qidalarla qorunun

15-01-2020, 15:59

Asmedia.az xəbər verir ki,  bu barədə Türkiyəli dietoloq Özge Öçalın düzgün qidalanaraq xərçəngdən qorunma ilə bağlı açıqlamasını təqdim edirik.
Meyvə-tərəvəzdən çox istifadə etmək lazımdır.
Kişilər qadınlara nisbətən daha çox meyvədən istifadə etməlidir.
Həftədə 2-3 gün balıq məhsulları yeyilməlidir.
Aparılan araşdırmalara görə, sağlamlığa çox müsbət təsir göstərən Omeqa-3 yağı ilə zəngin balıq məhsullarından istifadə etməklə xərçəngin qarşısını almaq mümkündür.
Qırmızı ətdən az istifadə edin.
Həddindən artıq qırmızı ət yemək mədə xərçənginə səbəb ola bilər. Buna görə də ondan həftədə 2 dəfə, 350 qramdan çox olmamaqla istifadə edin.
Süd məhsullarına müraciət edin.
Bakteriyalar daim bağırsaqda aktiv haldadır. Düzgün qidalanmama, siqaret, stress və spirtli içkidən istifadə aktivliyi daha da sürətləndirir. Buna görə də yoqurt və qatıqdan istifadə etmək tövsiyə olunur. 


İstifadəçi paneli