MƏHBUS QULAQLARINI KƏSDİ!
MƏHBUS ÖZÜNƏ QƏSD ETDİ.......özümə qəsd etməkdən başqa yolum yoxdur!
Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan Əli Şabanəli oğlu Cəfərov redaksiyamıza müraciət edərək ona edilən haqsızlıqları bu məktub vastəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının vitse prezidenti Mehriban xanım Əliyevaya çatdırmağımızı rica edib!
Bütün müstəqil Milli və Beynəlxalq Media Qurumlarına. Qondarma saxta Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11, 181.3.3, 228.4, 206.2, 234.1- ci maddələri ilə 19 İL 6 ay müddətinə azadlıqdan girov götürülmüş məhkum Cəfərov Əli Şabanəli oğlu tərəfindən... ŞİKAYƏT
Hörmətli cənablar və xanmlar!
Cinayət 22.02.2015-ci ildə törədilib.
Yazıb Sizə bldirmək istəyirəm ki, 26.02.2015-ci ildən heç bir cinayət törətmədən həbs edilmişəm. Amma bu Hadisə törədilən gün yəni 22.02.2015-ci il tarixində (2) iki Ərkivan kənd sakinini həps etmişdilər. Onlar hər ikisidə cinayət törətdiklərini boynuna almışdılar. Bütün bunlara baxmayaraq (Fors mayor) Astara rayon Polis şöbəsinin və Prokurorluğunun Hacı Məmmədov, Zakir Nəsirov, Elsəvər Abdullayev, xislətli Qanqster Quldur Dəstələri Adil Həsənov rəis və Zakir Saatov prokuroru, tərəfindən əllərində heç bir Qanuni qərar olmadan ailəmizin yaşadığı ünvana basqın etdərək ailə üzvilərimə 2 (iki) Azyaşlı körpəyə o, cümlədən hamilə həyat yoldaşıma Fiziki-psixi-tibb İşgəncələr vermiş bu səbəbdən vaxtından əvvəl travmalı körpə dünyaya gəlmişdi 3-4 aylığında isə həyatla vidalaşmışdı. Ölkəmizdə hüquq siyasəti-rüşvət, korrupsiya, siyasi-sifariş, Qohumbazlıq, yerlibazlıq, üzərində qurulduğundan günahsızığımı sifariş icraçıları bilmədən obyektiv xeyrimə yazıb tərciyə etsələrdə bunların bu kimi yaramaz əməllərini Ali Məhkəmənin kollegiyasının sədri Şahin Yusifov deşifrə edib yenidən baxılması üçün Şirvan Apellyasiya məhkəməsinə göndərilsədə sonunda Dövlət adından hökm verən mühakimə iftiranamə (ittihamnamə) idarəsinin absurd bleflərini özünə prezident seçərək gestapizm ratifikasiya etmişdir! Qeyd edim ki, Dəfələrlə işim aparan müstəntiq Orxan Quliyevə desəm də ki, hadisə Yerində mənə aid heç bir iz çıxmayıb! Niyə mənim əl və ayaq izlərimi götürməmisən heç bir əlində faktın sübutun yoxdursa məni niyə həbs etmisən. Cavabında mənə deyib ki, bilirəm sən adam öldürməmisən, bu cinayət sənlik deyil səndən nə əl-ayaq izi götürüm mənlik heç nə yoxdur, sənin tutulmağının səbəbkarları Astara rayon prokuroru Zakir Saatov və Astara rayon Polis şöbəsinin rəisi Adil Həsənovdur.
Cinayətin səbəbkarıda əmim iş adamı Rafiq Cəfərovdur...
Əgər cinayət törədənlər həps olunsa əmin Rafiq Cəfərovda Həbs olunmalıdır ona görədə əmimdən və cinayət törədənlərdən küllü miqdarda pul alaraq bu cinayəti sənin üstünə qoyublar ona görəki sən keçən srok həmin zapravkaya görə həbs olunmusan sənə rahatdır bu cinayəti yapışdırmaq mən kiməm ki, mənə belə deyirlər məndə belə edirəm Əmrə tabeyəm! Dəfələrlə Adil Həsənov mənə deyib ki, səni həpsxanada öldürtdürərəm ki, bu cinayət sənin üstündə qalar. Mən heç bir cinayət törətmədən hələ də həpsxanada cəza çəkirəm hələ bu azmış kimi həbsxanada qorxa-qorxa gəzirəm ki, Adil Həsənov məni öldürtdürər bu cinayət törədənlər üzə çıxmayacaqlar neçə illərdir ki, bu Qorxuynan yaşayıram. Dəfələrlə səlahiyyətli orqanlara Dövlət Başçımıza, Birinci Vitse prezidentimizə dərdimi yazsamda hələ də səsimə-səs verən olmayib. Həmin iş adamı Rafiq Cəfərovda üstümə qoyulan bu cinayəti törədənləri çox gözəl yaxşı tanıyır qorxusundan pul gücünədə olsada özünün həpsə düşməsini istəmir. Ona görədə mütəşəkkil şəkildə törədilən cinayəti gizlədirlər cinayətkarlar isə Azadlıqda gəzirlər. Günahsız bir insan qatil damğası altında cəza evində illərdir ki, Cəza cəkir. Bunuda qeyd edim ki, Azərbaycanın nə Konstitusiyasında nədə heç bir Qanunuda yoxdur ki, vətəndaşı Polis şöbəsinə çağırasan özü-öz ayağı ilə gəlib səhərdən-axşama axşamdan-səhərəcən Qanunsuz heç bir səbəb olmadan saxlasınlar şöbədə bütün gecəni əlim ayağım qandalda polis rəisi Adil Həsənov və onun müavinlərİ Sulduz və Ənvər digər işçilər tərəfindən qeyri-insani Fiziki-psixi İşgəncələr alaraq quşxanada ac-susuz dəmir oturacağa bağlanmışam. İfadəmdə göstərmişəm ki, bu cinayətlə hec bir əlaqəm yoxdur!
27.02.2015-ci il tarixdə səhər tezdəndən məni məhkəməyə çıxarıblar...
Üç şərəfsiz əməliyyatçı üzümə durub ki, guya məni Heydər Əliyev mərkəzində saxlayblar mən maşını saxlamamışam, onlara müqavimət göstərmişəm guya zorla məni tutublar halbuki elə bir şey yoxdur. Mən 26.02.2015-ci il səhər saat 11.12 radələrindən işgəncə altında olmuşam, hakimdə mənim sözlərimə əhəmiyyət vermədən polisə müqavimət kimi mənə 10 sutka inzibati həbs verdi!Buda azmış kimi məni sutkalarn kamerasına atmaqdansa, məni aldadaraq əl izimi götürmək adı ilə qanunsuz heç bir əməliyyat qurmadan və heç bir məhkəmənin qərarı olmadan Astaranın polis rəisi Adil Həsənov və prokuroru Zakir Saatov cənab Prezidentimizin dəfələrlə xəbərdarlıq etsədə hər bir Dövlət məmuru xalqın qulluğunda durmalıdır heç bir vətəndaşın Hüquqları pozulmamalıdır. Amma bütün bunların əksi olaraq Adil Həsənov və Zakir Saatov cənab prezidentimiz İlham Əliyevdən və Qanunlarımızdan üstün tutaraq özlərini Dövlət başçısı sanaraq özləri qərar verib öz şərəfsiz işçiləri ilə məni Baş –Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinən məni oğurlayaraq aparmışlar və orada mənə törətmədiyim Xəbərim olmayan cinayəti Banditizm idarəsində insanlığa yaraşmayan Fiziki və cismani İşgəncələrlə şərəf və ləyaqətin iyrənc formada Alcaldılması ilə bu cinayəti üzərimə qoymaga nail olmuşlar.Mart aynın ikisinə qədər qeyri-insani İşgəncələrə məruz qaldım ayaq üstündə qala bilmirdim nəfəsim gəlmirdi suya nəsə qatıb verirdilər, bir sözlə insanlıqdan əsər- əlamət qalmamışdır. Məndə!
02.03.2015-ci ildə məndən izahat almağa gəldilər..
Banditizmə prokuror Zakir Saatov, müstətiqim Orxan Quliyev, Astaranın polis rəisi Ənvər və bir neçə işçilər gəlmişdilər. Mənə zülm edən şərəfsizlərdə bızim şərəfsizlərlə əyləşib çay içirdilər. Mən nəfəs ala bilmirdim Orxan Quliyev mənə tez-tez su verib pəncərənin qabağına çıxarırdı ki, Nəfəs ala bilim. Mən bu cinayət haqqında heç nə bilmirdim ki, ifadə də verə bilim onlar özləri nə deyiblər onuda yazmışam və qol çəkmişəm rəis müavini Ənvərdə dedi ki, yaz narkotik istifadə etdim gedib hadisəni törətdim. Mənə yazdırdılar ki, hamam otağında da narkotik var məndə yazdım, sonra telefonun kamerasında göstərdilər ki, bax burdadır çəkilişə gedəndə göstərərsən məndə razılaşdım. Evimdə 26.02.2015-ci il tarixində Qanunsuz axtarış aparılarkən o, narkotikidə evdə hamam otağında Qoymuşdular! Sonra zəng vurdular bir nəfərdə gəldi dedi mən Baş Prokurorluqdan gəlmişəm adı Adil Qasımovdu dedi bütün bağlanan işlər mənim əlimdən keçir, məhkəməyə gedir dedim lapyaxşı. Dedi mən səndə aqressivlik görmürəm adam öldürənə oxşamırsan bu 2 nəfərki var tutulublar Astarada şöbədədirlər de bunlar öldürüblər şahidlik elə səni buraxaq dedim mən bilmirəm kim öldürüb dedi onda öz boynuna axıracan alarsan əgər bu işi boynundan qaçırtsan sənin işın mənim əlimdən məhkəməyə gedər ən agır statiyaları sənin üstünə qoyaram. Dedim yaxşı qaçırtmaram! Çıxıb getdi və bizim şərəfsiz Astara məmurlarıda getdilər məni atdilar 8 saylı kameraya. Səhəri 03.03.2015-ci il tarixində şərəfsiz Astaranın polis rəisi Adil Həsənov öz şərəfsiz işçilərini göndərdi dalmca məni apardılar Astaraya. Aparan kimidə çəkiliş elədilər mənə paykovıy vəkil Ərkivan sakini Natiqi verdilər mən etiraz etdim ki, öz vəkilim gəlsin qoymadılar. İndi həmin vəkil gorbagor olub Allah qarşısında cavab verir! Çəkiliş vaxtı açıq-aydın görünürdü ki, müstəntiqim Orxan Quliyev məni istiqamətləndirirdi ki, belə olub məndə səhv, düz bilmirəm nə deyirdi onuda edirdim!
05.03.2015-ci il tarixində mənim şəxsi Vəkilim Rafiq Alışov gəldi..
Təzədən çəkilişnən ifadə verirəm ki, başıma bu oyunları gətiriblər mən adam öldürməmişəm bunlara baxmayaraq 05.03.2015-ci il tarixində çəkilişnən ifadəni işimin içinə qoymayıblar yoxa çıxarıblar! Bunuda qeyd edim biləsiz ki, 05.03.2015-ci ildə mən Bantidizmdə verdiyim ifadələrdən Atqaz getmişəm həqiqətən nədirsə onuda demişəm!Bantidizmdə də nə ifadə vermişəmsə sübut sayılmaz çünki məni ora oğurlayıb aparıblar Qanuni heç bir sənəd olmayıb buda qanuni ola bilməz! Düz 8 ay işim bağlanana kimi 120.2.5 maddələri ilə işim gedib müstəntiqim Orxan Quliyev gəlib Kürdəxanıya İstintaq Təcridxanasına. İşimi 120.2.5 maddələri ilə bağlayıb deyir ki, Əli daha mən gəlməyəcəm bura, sənin işini göndərirəm məhkəməyə, işim bağlananda sonunda yazdim ki, bu cinayəti törədənlər tərəfindən üstümə qoyulmuşdur mən heç bir cinayət törətməmişəm İltifat Quliyevin ölümündən xəbərim yoxdur! Müstəntiq getdi iki gündən sonra qayıtdı deyir ki, Əli səndən 2,5 maddələrini götürdülə dedim lapyaxşı Haqq yerin tapdı deyir yox 6 dənə statya qoydular sənə (120. 2.4, 120.2.11, 181.3.3, 228.4, 206.2, 234.1 maddələrini) dedim nece olur əgər bu maddə olsaydı məndə niyə işim baglananda qoymamışdın dedi ki, Əli əslində bu maddələr sənə düşmür Banditizmdə Qalib Qasmov demişdi axı boynundan qaçırsan bu işin ən ağır maddələrin qoyaram sənin üstünə dedi və elədi! Mən hec nəyə imza çəkmədim müstəntiq getdi.
Lənkəran Ağır Cinayətlər məhkəməsində. Başıma gələni məhkəməyə bildirdim vəsadətlərdə vəkilim verdi nə Astaranın rəısi nədə prokuroru polis işçiləri boynlarına almadılar ki, mən Banditizmdə olmuşam. Banditizmədə hakim sorğu göndərdi onlarda boynuna almadılar axırda müstəntiqim Orxan Quliyevi məhkəməyə hakim çağıdı o, boynuna aldı ki, Əli Cəfərov Banditizmdə olub və onun vəziyyəti orada pis idi və Əlidən orda ifadə almışıq! Sonra hakimim Rafiq Cəfərov mənə katibədən xəbər göndərmişdiki 4-5 min Azn. şirinlik ver buraxsın səni. Məndə dedim ki, eləmədiyim cinayətə görə bir köpükdə vermərəm. Hakim də acığa düşüb vəzifəli şəxslər barəsində xüsusi qərar çıxardı...
Hakim 19 il 6 ay iş kəsdi:
Vəzifəli şəxslər barəsində çıxarlan qərarı nazirliyə göndərdi! Yazıb Sizə bildirmək istəyirəm ki, mən 26.02.2015- ci ildən Heç bir cinayət törətmədən həps edimişəm, sizin güvəndiyiniz ölkəmizi məhvə sürükləyən Zəncirvari Mafiya Başçıları olan şərəfsizlər Konstitusyamızı, Qanunlarımızı, Dövlətimizi, vətəndaşların gözündən salır. Cənab prezidentimizin sözlərinə əhəmiyyət verməyən Namuslarını, Qeyrətlərini, rüşvətə satan rüşvətxorlar damarlarında erməni qanı axan erməni xislətli yuxarı vəzifələrdə əyləşən qaniçən Dövlət məmurları tərəfindən mən haqlı olduğumu, cinayətkar olmadığımı şərəfsizlərə rüşvərsiz sübut edə bilmirəm
Haqsızlıqlarına, ermənizmə etiraz əlaməti olaraq sağ və sol qulaqlarımı kəsmişəm..
Ölkəmizdə çox təəssüflər olsun ki, rüşvətsiz Qanunlarımız işləmir hakimlərin iflic vəziyyətə salınmış. Hüquqlarım bərqərar olunmazsa özümə qəsd etməkdən başqa yolum yoxdur sözsüz ki, məsulliyyət sizin üzərinizdədir səbrim tükənib, Daha dözə bilmirəm bu cür Ədalətsizliklərə Haqsızlıqlara mən 1 (bir) saylı Cəza-çəkmə müəssisəsində cəza çəkirəm günahsız ola-ola! Mən ailəmə və ailə üzvilərimə 2 (iki) Azyaşlı övladlarıma iki qat cəza verməkdənsə öz ölməyimi daha üstün tuturam. Çünki onlarında mənimlə, mənə görə, Dövlətimizdə baş verən haqsızlıqlara mənəvi-psixi maddi əziyyət çəkmələrinə göz yuma bilmərəm! Mən Cəfərov Əli Şabanəlli oğlu 1985-ci ildə Astara rayonunun Ərçivan kəndində dünyaya göz açmışam. Hal-hazırda 2 (iki) Azyaşlı övladım var. Birinin 6 (altı), digərinin 11 (on bir) yaş var. Ailəmlə birlikdə qaynatamın evində kənddə yaşayrlar, heç yerdə işləmirlər. Nə dövlət tərəfindən nədə heç bir yerdən yardım almırlar, xırda təssərrüfatla sürünə-sürünə yaşayırlar. Bütün kənd və rayon bilir ki, mən cinəyətkar deyiləm mafiya başçıları məni tutub ailəmi başsız qoyub. Bu ədalətsizliyə ailəm və övladlarım hələki dözür! Nə dövlətə nədə qanunlara cüzidə olsa güvənim qalmayıb! Çünki irtica işgəncə repressiya özünü dövlət sanır sizdən mənə, bir vətəndaşa qarşı Dövlətimiz adından həyata keçirilmiş repressiya, faşizmə, hüquqi qiymətin verilməsi barədə qəbul edilmiş qondarma saxta sifarişli qərarların obyektiv araşdırılaraq ədalətli qərar qəbul edilməsi istiqamətində səlahiyyətlərinizdən irəli gələn tədbirlər görməyi xahiş edirəm.
SİZƏ ƏVVƏLCƏDƏN TƏŞƏKKÜRÜMÜ BİLDİRİRƏM! Cəfərov Əli Şabanəli oğlu 24 dekabr 2019-cu il