APREL DÖYÜŞÇÜSÜ PULSUZ ƏFV İSTƏYİR...

23-02-2020, 21:09

ZƏRƏRÇƏKMİŞ:  Azərbaycanda pulsuz və adamsız ancaq ölmək olar...
Cəsur Aprel döyüşçüsü hazırda ƏNPX-in 1 saylı Cəzaçəkmə Müəssisəsində zülm çəkən Məmmədov Tofiq Əsəd oğlunun həyat yoldaşı Səmədova Məhsəti Bayram qızı AS Media İnformasiya agentliyinə müraciət ünvanlamışdı. Müraciəti ixtisarla dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
“...Mümkünsə həyat yoldaşım - Aprel döyüşçüsü, gizir Ömərin və Nigarın ataları Tofiq Məmmədovu pulsuz əfv edin. Həyat yoldaşım Tofiq məhz mənə görə həbs edilərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. İstər istintaq, istərsə də məhkəmə zamanı hüquq-mühafizə orqanlarının tələb etdikləri rüşvəti imkansızlıqdan verə bilmədik. Dəfələrlə Prezident Administrasiyasında, Heydər Əliyev Fondunda qəbulda olmuşuq və universal ssenari üzrə aldadılmışıq. Real vəziyyəti dərk edirik və bilirik ki, pulsuz və admsız bizim ölkədə ancaq ölmək olar... Vəssəlam. 
Bizim isə Allahdan başqa güvəncəmiz yoxdur. Onu da bilirik ki, pulsuz 
Əfv olunanlar yalnız Avropanın siyasi məhbus kimi tanıdığı və tələb etdiyi şəxslərdir. Tofiq isə siyasi məhbus deyil, bu dövlətin ərazi bütövlüyü uğrunda döyüşən Qazidir. Aprel Qazisi Tofiq Məmmədovun döyüşlərdə fəal iştirakını, himayəsində 2 azyaşlı övladlarının olmasını, zərərçəkmişin olmadığını nəzərə alıb, onu pulsuz Əfv etməyi Sizdən xahiş edirik”. 
Səmədova Məhsəti Bayram qızı

Şəhidlər ölməz, Vətən bölünməz!!!


İstifadəçi paneli