APREL QAZİSİ VİCDAN AXTARIŞINDA!

5-01-2020, 22:50

                          QARABAĞA ARABA İLƏ GETMƏK OLMAZ!

   11 aprel 1987-ci ildə Tərtər rayonunun Təzəkənd kəndində anadan olmuş, aprel  Qazisi, himayəsində Nigar və Ömər adlı iki azyaşlı uşağı olan, tələb olunan rüşvəti vaxtında çatdırmadığına görə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş Məmmədov Tofiq Əsəd oğlu ASMEDİA informasiya agentliyinə yazılı müraciət etmişdir.

   Müraciətdə deyilir: “Ailə münaqişəsi zəminində affekt vəziyyətdə olub, 26 iyul 2016-cı il tarixində, həyat yoldaşım Səmədova Məhsəti Bayram qızı, qaynanam Quliyeva Səfurə Müzəffər qızı, baldızım Səmədova Kəklik Bayram qızı arasında yaranmış narazılıqdan istifadə edən “hüquq-mühafizə orqanları“nın tələb etdiyi rüşvəti vaxtında çatdıra bilmədiyimdən ən ağır maddə üzrə ARCM-nin 29. 120. 2.4.7 bəndinə əsasən şərləyiblər  11 il 3 ay azadlığımı məhdudlaşdırdılar. Zərərçəkmiş qismində tanınan həyat yoldaşım, qaynanam, baldızım, mən həbs olunandan mütəmadi olaraq yanıma gəlirlər, maddi-mənəvi dəstək olurlar. Eyni zamanda notarial qaydada təsdiq edilmiş ərizələr ilə müvafiq dövrlərdə hüquq-mühafizə orqanlarına müraciət edirlər ki, baş verməmiş cinayətə görə məni girovluqdan azad etsinlər. Lakin, hüquq-mühafizə orqanları müraciətlərimi sabotaj edərək, öz blef iftiranamələrini müdafiə edərək məni əsir etməklə, azyaşlı övladlarımdan ayrı salmışlar. Dövlət məmurları, çörəkləri yaltaqlıqdan çıxan buqələmunlar Aprel döyüşçüləri ilə fəxr etdiklərini vaxtaşırı imitasiya edib, yem axtarışını təmin edirlər. Reallıq isə göz qabağındadır. Faktlar deməyə əsas verir ki, heç də bizlərlə fəxr edilmir, əksinə ermənilərin qisasını alırlar. Ölkəmizdə Qanunların, hüququn məhv edildiyi bəllidir. ASMEDİA İA-dən çox xahiş edirəm ki, Prezident İlham Əliyevə, birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya məlumat verəsiniz ki, məni – Aprel Qazisini girovluqdan azad etsinlər. Hazırda ailəmi, uşaqlarımı dolandırmaq üçün ƏNPX-in 1 saylı CÇM-sə araba itələyirəm. Qələbəyə, Qarabağa arabayla getmək olmaz!”.


İstifadəçi paneli