İran koronavirusla mübarizədə göstərdiyi köməyə görə Azərbaycana təşəkkür etdi

14-03-2020, 20:14

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi Azərbaycan və digər dövlətlərin koronavirusla mübarizədə ölkəsinə göstərdikləri yardıma görə təşəkkür edib.
Bununla bağlı Abbas Müsəvi şəxsi “Twitter” səhifəsində İran xalqının və dövlətinin onun ağır günlərdə yanında olan dostlarını heç vaxt unutmayacağını bildirib.
Qeyd edib ki, İran Azərbaycan, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Britaniya, eləcə də Qətər və Rusiyadan yardımlar alıb.


İstifadəçi paneli