Bakıda avtomobildə yanğın olub.

11-04-2020, 00:37

Bakının Binəqədi rayonunda avtomobildə yanğın baş verib.

ASMEDİA.AZ-ın məlumatına görə, hadisə Mirmahmud Kazımovski küçəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşınının mühərrik hissəsində qəfildən yanğın meydana gəlib. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub və yanğının avtomobilin salonuna keçməsinə imkan verilməyib.


1/3


İstifadəçi paneli