İrana məxsus TIR-ların Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə benzin daşımasını əks etdirən videoların yayılmasından sonra sosial şəbəkələrdə və politoloqların açıqlamasında aktuallaşan suallardan biri də budur: İran Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə bağlı rəsmi açıqlamasında “seçkiləri” tanımadığını açıq şəkildə bildiribmi və Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edibmi?
İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən sözügedən mövzu ilə bağlı ASMEDİA.AZ-a verilən özəl açıqlamada bildirilib ki, bu suallar bir neçə gün öncə İran XİN-in rəsmi bəyanatında cavablandırılıb:
“Bir daha bəyan edirik ki, İran İslam Respublikası Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır. İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmət edir”.