Türkiyə COVİD-19 pandemiyasına, həmçinin strateji və hərbi əməliyyatlara görə indi ciddi bir problemlə üz-üzədir.
Bu sözləri ASMEDİA.AZ-a eksklüziv açıqlamasında ABŞ Qulf Analitik Mərkəzinin eksperti Teodor Karasik Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun istefa qərarını şərh edərkən deyib. Analitikin sözlərinə görə, hökumətin patogen böhranını həll etmə şəkli ona hazırda sahib olduğu siyasi kapitala başa gələcək:
“İstefa vaxtının bu məqama təsadüf etməsi Ərdoğan üçün bundan daha kritik ola bilməzdi. Bir çox ölkələrdə olduğu kimi, Türkiyənin karantinə bağlanması fonunda baş verənlər həm daxili, həm də xarici əlaqələr baxımından siyasi bir oyuna və ya qarşıdurmaya çevrilə bilər. Daxili dəyişiklikləri Türkiyənin kilidlənməsinin (karantin) uğurları və uğursuzluqları baxımından qiymətləndirmək lazımdır və bu tədbirlərin təsiri vilayətlər üzrə də özünü göstərə bilər. Vilayətlərin səhiyyə təminatçılarının belə böhranlara nə dərəcədə hazır olmaları çox şeyi dəyişəcək. Əlbəttə ki, baş verənlərlə əlaqədar iqtisadi problemlər yaranıb və bu tələblər toqquşması ölkə daxilində özünü müxtəlif şəkillərdə göstərə bilər”.
Ekspert vurğulayıb ki, istefa Türkiyə Prezidenti tərəfindən rədd edildi, lakin bu addım böyük rezonans doğuracaq.