Çəbrayıl sakini hazırda Sumqayıt şəhərində məskunlaşmış Eyvazova Məhluqə Prezident İlham Əliyevə və müstəqil media qurumlarına müraciət etmişdi..
Müraciəti ixtisarla diqqətinizə catdırırıq: "Cənab prezident ölkədə müraciət ediləsi müvafiq dövlət qurumları xalqımızın düşdüyü bu dar günümüzdə də belə rüşvətxor xislətindən əl cəkməyərək korporotiv maraqları naminə insanlığa qarşı antimilli qanundankənar əməllərini davam etdirirlər.
Sizin hakimiyyətiniz dönəmində ailəmizə qarşı sərgilənən xüsusi amansızlığın nəticəsi olaraq hazırda hec bir hüquqi əsas olmadan iki xəstə övladım Eyvazov Nahid Qədir oğlu 8-saylı CÇM-də,Eyvazov Natiq Qədir oğlu 16-saylı CÇM-də mənəvi,fiziki,tibbi işqəncə çəkməkdədirlər.
Biləsiniz ki,16-saylı CÇM-də cəza cəkən övladım Natiq Eyvazov Onkoloji xəstədir.Cəza cəkdiyi ilk gündən CÇM-in tibbi sanitar hissəsində hər ay 100 manat ödəməklə qalmaq şansı qazanmışdır.COVİD-19,zona yeni burju virusunun gəlməsindən bəhrələnən TSH-ın rəisi Qəşəm İsmayılov aylıq icarə haqqını 300 manata qaldıraraq ordan cıxarmış və bildirir ki, bu göstərişi ona rəis verib.Hazırda oğlum Natiq Eyvazovun fiziki durumu real təhlükə qarşısındadır. Vaxtında TSH-nə qaytarılmasa, koronavirus adı altında meyidini qarşılamalı olacayıq.TSH-nin rəisi Qəşəm İsmayılovun tələb etdiyi 300 manat icarə haqqını, rüşvət haqqını vaxtında çatdırmaq iradəmizdən asılı deyildir. Çünki 2 saat ərzində Sumqayıtdan Ramana kəndinə gedib-gəlmək mümkün deyil.
Sizdən evsiz-eşiksiz, elsiz-obasız azərbaycanlı ana olaraq, 16 saylı CÇM-nin TSH-nin rəisi Qəşəm İsmayılovun tələb etdiyi bir ayı 300 manat olmaqla icarə haqqını Prezidentin Ehtiyat Fondundan ödəməyinizi xahiş edirəm. Övladımın ölməyinə imkan verməyin. Ümid edir və inanıram ki, xalqın bu dar günündə öz mənfəətini güdən katantinlərlə də ("Uzaq sahillərdə") hökumət bacaracaq və öz zəruri addımlarını atacaqdır".
P.S. Redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdən məlum olur ki, istər istintaq təcridxanalarının, istərsə də cəzaçəkmə müəssisələrinin Tibb Sanitar Hissələrində kef çəkən məhkumların böyük əksəriyyəti bu millətə, bu dövlətə xəyanət etmiş, əmlakını talamışlar, narkobaronlar və "obşak" qurumunun üzvləridir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Orxan Cavad