Trampdan Haftara dəstək – Şok iddia

15-04-2020, 16:54

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vəliəhdi Məhəmməd bin Zayed ən-Nəhyan və Misir Prezidenti Əbdülfəttah Sisi ABŞ lideri Donald Trampı Liviyada qiyamçı Xəlifə Haftara dəstək vermək üçün razı salmağa çalışıblar.
ASMEDİA.AZ xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, BƏƏ şahzadəsi Donald Tramp prezident seçildikdən sonra Nyu Yorkda Haftarı yeni dövlət başçısının komandası ilə tanış edib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sabiq əməkdaşı Endryu Miller faktı təsdiqləyərək, “Misir və BƏƏ-dən olan rəsmilərlə görüş zamanı Haftar hər zaman birinci olaraq gündəmə gətirilib”, - deyib.
Qəzetə açıqlama verən Ağ Evin sabiq əməkdaşları Sisi və Bin Zayedin Donald Trampın ötən ilin aprelin 5-də Haftarın Tripoliyə hücumuna dəstək vermək üçün çox çalışdıqlarını bildiriblər. Eyni zamanda, aprelin 9-da Sisinin, 18-də isə Bin Zayedin Trampa Haftara dəstək verməsi üçün zəng etdiyi iddia olunub.
Bir gün sonra isə Ağ Ev Donald Trampın Xəlifə Haftarla telefon əlaqəsi saxladığını açıqlayıb. Trampın telefon danışığı zamanı Haftarın “terrorla mübarizəsini” dəstəklədiyi bildirilib.


İstifadəçi paneli