Bakıda yeniyetmə qızı avtomobil vurub

16-04-2020, 01:09

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
ASMEDİA.AZ xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
16 yaşlı Vlazova Anel yolu keçən zaman onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.


İstifadəçi paneli