Kimlər 5 min manata qədər yardım ala bilər? - Açıqlama

18-04-2020, 00:12

Vətəndaş VÖEN-lə işləyibsə və müəyyən ödənişləri olubsa, fərdi sahibkar kimi müraciət edib yardım əldə edə bilər.
ASMEDİA.AZ xəbər verir ki, bu sözləri iqtisadçı-alim, deputat Vüqar Bayramov ATV-də yayımlanan verilişdə deyib.
V.Bayramov bildirib ki, adında VÖEN olan vətəndaş 50 manatdan 5000 manata qədər yardım ala bilər:
“Lakin bunun üçün 2019-cu ildən vergi ödənişi etməsi lazımdır. Əgər vətəndaşın 2019-cu ildə ödənişi olmayıbsa, bu zaman müraciət hüququ da yox sayılır. Yəni VÖEN-dən istifadə etməmiş sayılır”.
Deputat qeyd edib ki, VÖEN-i bağlamaq çox sadə bir prosesdir:
“Lakin bunu vətəndaşlarımıza məsləhət görmürəm. Çünki pandemiya dövründə onlara işçi statusunun verilməsi zaman ala bilər. Vətəndaşların 2019-cu ildə hətta cüzi məbləğdə vergi ödənişi olubsa, müraciət edib 250 manat yardımdan istifadə edə bilərlər”.


İstifadəçi paneli