Oxşar xəbərlər
Qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir.
ASMEDİA.AZ-ın məlumatına görə, bu, Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə (birinci oxunuş) əksini tapıb.
İndiyə qədər xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmayıb.