MM-in komitə sədri: “Ali təhsil haqqında” qanun layihəsinin yaz sessiyasında qəbulu gözlənilmir

22-04-2020, 22:44

"Ali təhsil haqqında” qanun layihəsinin Milli Məclisin yaz sessiyasında qəbul edilməsi gözlənilmir.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev ASMEDİA.AZ-a açıqlamasında deyib ki, koronavirus pandemiyasına görə yaranmış vəziyyətlə əlaqədar digər tədbirlər həyata keçirilir, yeni reallıqlar ortaya çıxır. 
Komitə sədri bildirib ki, bununla bağlı İşçi Qrupu "Ali təhsil haqqında” qanun layihəsinə yeni prizmadan yanaşmalı və xeyli iş görməlidir: “Çox güman ki, qanun layihəsinin qəbulu payız sessiyasına qalacaq. Növbədənkənar sessiya olarsa, ola bilər ki, növbədənkənar sessiyaya çatdıraq. Amma qanun layihəsinin üzərində xeyli iş görülməlidir. Çünki qanun layihəsi V çağırış Milli Məclisin iclaslarında heç birinci oxunuşda da müzakirə edilməyib. İşçi Qrupu hələ layihə üzərində işləyir. Qanun birinci oxunuşda qəbul edilsəydi, yaz sessiyasında qəbulunu çatdıra bilərdik”.


İstifadəçi paneli