ABŞ Türkiyəyə təşəkkür etdi: "Heç olmadığı qədər güclü olacağıq"

3-05-2020, 19:27

Ötən günlərdə Türkiyə koronavirusla mübarizə məqsədilə ABŞ-a tibbi yardım etmişdi.
ASMEDİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən ABŞ Xarici İşlər Naziri Mayk Pompeo Türkiyə tərəfinə öz təşəkkürünü bildirib. Onun açıqlamasında deyilir: 
"NATO müttəfiqimiz olan Türkiyəyə minnətdarıq. Türkiyənin etdiyi yardımlar koronairusla mübarizə aparan bütün amerikan şirkətlərinə ciddi kömək olur. Bu vəziyyətdən birlikdə çıxacağıq və heç olmadığı qədər güclü olacağıq" 


İstifadəçi paneli