Oxşar xəbərlər
Erməni tərəfi üçün Qarabağ məsələsində dəqiq mövqe formalaşdırmaq çox vacibdir.
ASMEDİA.AZ xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib. Onun sözlərinə görə, hazırkı mərhələdə erməni tərəfinin bu məsələ ilə bağlı formalaşdırılmış mövqeyi yoxdur:
“Lavrovun dediyi yol - Qarabağ konfliktinin mərhələli həlli mümkün ola bilər. Əgər əvvəl erməni tərəfi mərhələli variantı istisna edirdisə, indi Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bu variantın qəbuledilən olduğunu deyir. Belə çıxır ki, Lavrovun masada mərhələli həll planının olması bəyanatını Xarici İşlər naziri Mnatsakanyan təsdiqləyir”.