Hüquqsuz millətin sosial işğalı

5-05-2020, 16:39

Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin Nəsimi rayon şöbəsində baş verənlər Dövlətə bumeranq,Vətəndaşa şok terapiya yaşatmaqdadır!!!
Bu dərənin kəndxudası ilham şöbəni şəxsi obyekti olaraq,arxa qapıdan işə salaraq, açıq-aşkar talkuçkaya cevirib.
Yem əldə edə biləcək şəxslərin sənədlərini arxa qapıdan qəbul edib yola verirdisə,digər vətəndaşları özünün antitəkamül qaydaları üzrə bezdirirdi.......!
İnsanlar özlərini hansısada qayadibinin sıxı meşələrində hiss edirdi.
Xüsusilə ümidləri hər yerdən üzülmüş yaşlı Vətəndaşlara despot-harın-revanşizm fəlsəfəsi üzrə münasibət sərgiləməsi abırsızlığın kreativ sifətlərindəndir.
Prezidentin məmurlara etdiyi çağrışların ƏƏSMN-in Nəsimi rayon şöbəsinə heçmi aidiyyatı yoxdur???
Vətəndaş Sosial Müdafiəsizliyilə bağlı kimə? Hara? Müraciət etməlidir?
Nazirlər kabineti bu qurumların işləməsinə icazə vermirsə? DAL qapı bazarlıqlarına "dobro" verən kim(lər)dir?
Dövlət Vətən-daşın ortaq təsisatıdırsa NİYƏ eyni sistemin içərisində İSTİSMAR edən və edilən var????????
Sosialsız,müdafiəsiz,hüquqsuz,ac-yalavac MİLLƏTƏ qarşı həyata keçirilən bu cür münasibətsizliyin adı nədir???

PS.ƏƏSM-Sİ Naziri Sahil Babayevin mövqeyini gözləyirik.


İstifadəçi paneli