Oxşar xəbərlər
Qərb tarixçiləri və elitası tərəfindən II Dünya müharibəsi tarixinin təhrifi beynəlxalq təhlükəsizlik arxitekturasının pozulmasına və Rusiyanın dünyadakı rolunun azaldılmasına hesablanıb.
ASMEDİA.AZ xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
“Müasir Qərb elitası üçün müharibə haqqında yalan Rusiyanın dünyadakı rolunun azaldılması, eləcə də müharibənin nəticələrinə uyğun olaraq yaranan kollektiv təhlükəsizlik arxitekturasının dağıdılmasına hesablanan alətdir”, – deyə o bildirib.