Belarus Prezidenti Aleksandr Lukaşenko məmurları və tibb işçilərini respublikada “isteriya” olmadan və sakit şəkildə COVİD-19 pandemiyasına qarşı mübarizə aparmağa çağırıb.
ASMEDİA.AZ-a istinadən xəbər verir ki, Lukaşenko bu barədə hökumət üzvləri və Prezident Administrasiyasının rəhbərliyi ilə görüşdə deyib.
“Qoy bu istiqamətdə isteriyasız, sakitcə işləsinlər”, - ölkə başçısı vurğulayıb.
Əlavə edib ki, yaxın gələcəkdə bu sahədə iş sistemi müxtəlif səviyyələrdə izləniləcək.
Eyni zamanda, Lukaşenko yalnız koronavirusa deyil, sətəlcəm xəstəliyinə də diqqət yetirməyə çağırıb:
“Ötən gün əmr verdim ki, mənə təkcə COVİD-19-la bağlı yox, sətəlcəmlə bağlı da dərhal hesabat verin. Çünki bu, hər yerdə var və bir nömrəli problemdir”.
Lukaşenko qeyd edib ki, ölkədə artıq iki-üç həftə əvvəl olduğu kimi, sətəlcəm xəstəliyinə tutulma hallarında artım yoxdur.