Oxşar xəbərlər
Venesuela ilə İran arasında ticarət əlaqələri davam edəcək.
ASMEDİA.AZ xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii ölkə mətbuatına deyib.
O bildirib ki, hər iki ölkə müstəqil dövlətdir:
“Ticarət əlaqəmiz davam edəcək. Satdığımız məhsulun müqabilində mal alırıq. Bu ticarət heç kimi maraqlandırmaz. Neftimizi satmağa məcburuq və bunu daşıyacaq vasitələrimiz də var”.
Qeyd edək ki, İran mətbuatında ABŞ-ın Venesuelaya göndərilən neft tankerlərinə maneə yaratmaq üçün 4 hərbi gəmisi və 1 təyyarəsini Karib dənizinə göndərdiyi iddia edilib.