Şuşanın mədəniyyət naziri kim olsun?

25-05-2020, 19:30

        Paşinyan Şuşadadır, bəs sən hardasan?

       Ermənizm Şuşanı paytaxt elan edir, yeni prezidentin inoqurasiya mərasiminə iştirak etmək üçün xanımı ilə təşrif buyurduğu bir ərəfədə qalasız qalmış mədəniyyətin paytaxtı Bakıda Əbülfəz Qarayevin yerinə mədəniyyətsiz adam tapıb, nazir düzəltmək istəyirlər. Namizədlər seriyasında təqdim olunan personalların əksəriyyəti nüfuz və mədəniyyət baxımından istifadə limitləri tükənmişlərdir. Təqdim olunan namizədlər "demokratik" qaydada düzənləndiyindən vətəndaş olaraq məndə təklif edirəm ki, bu posta Nüşabə Musayeva təyin olunsun. 
Səbəbi bundan ibarətdir ki, bu xanım bütün bariyerləri aşaraq istədiyi performansı kütlə şüuruna sırıya bilir.Hətta Nüşabə Musayeva, bu vəzifəyə real namizəd olduğunu Əbülfəz Qarayevin müavini ilə rəqsi zamanı publik etiraf edilmişdir.BRAVO.
      Mövcud reallığı, mədəniyyətin prioritetlərini abırsızlıqda görən bəzi gödəniyyət nümayəndələri unudurlar ki, mədəniyyətin autentik məğzi abır, həya, ləyaqət, xalqın zövqünə oxşayacaq peşəkar intelektual səviyyədən keçir!
      Sahibsizlik, yüyənsizliyin mədəniyyətlə, incəsənətlə, xanımlıqla, bəyliklə heç bir əlaqəsi yoxdur!
     
       Məni qayğılandıran və düşündürən əsas məqam isə ondan ibarətdir ki, Şuşanın mədəniyyət naziri postuna namizədimiz kim olsun???
         Sizcə, bu bizim???
        -yoxsa Paşinyanın iradəsindən asılıdır???
                                                                                                                                                  Sona Əliqızı


İstifadəçi paneli