6-cı ildir ki, 23 yaşlı hərbiçimiz Razim Telmanzadəyə qarşı törədilmiş cinayət işinin açılması hüquqi dövlət axtarışındadır.
Siyasi sifarişlə qətlə yetirilimiş Razim Telmanzadəni universal ssenari üzrə Abşeron rayonu 2-ci sovxoz ərazisində, yarımcıq tikililərin birində asdıraraq izi azdırmaq və onun şərəfli həyat kredosuna ləkə vurmaq amacı ilə alçaqcasına onunla birlikdə, Masallı rayon sakini 1975-ci il təvəllüdlü Əskərova Rəna Vaqif qızını yan-yana asdiraraq, "sevgili" imicini formalaşdırmağa cəhd etmişdir. Hansı ki, 1988-ci il təvəllüdlü Razim Telmanzadə evli olub və bir övladı var idi.
Razim Telmanzadəni təkcə valideyinləri və həyat yoldaşı tərəfindən deyil, eyni zamanda iş yoldaşları, yaşadığı ərazidəki insanlar, onu tanıyanlar tərəfindən çox müsbət xarakterizə edilməklə yanaşı mərd bir oğul kimi sevilir.
Vətənini, Dövlətini, Ailəsini sevən və uğrunda hər an ölümə hazır olan bir oğul özünü intihar etməsi kimi paranomik düşüncə debillikdən başqa bir şey deyildir.
İstintaqı aparmağa məsul edilmiş Sabuncu rayon prokurorluğu bilərəkdən və qəsdən qətlin acılmamasında maraqlı olduğu anba-an de-şifrə edilməkdədir.
31 mart 2015 il tarixdə işə gedən Razim Telmanzadə, sabahısı günü evə qayıtmalı olduğu halda gəlmir, və telefonu sönülü olur.
Narahat qalan yaxınları 102 xidmətinə xəbər verdikdən sonra, 24 gündən sonra asılı vəziyətdə tapılması sizcə düşündürücü deyilmi?
Bakıdan Paşinyanın kabinetini dinləmək cətinliyinin olmadığını iddia edən Qaralovun qara günə salınmış qanunları Bakı Sumqayıt ərazisində mündirində dövlətin müqəddəs atributlarını gəzdirən hərbiçi Razim Telmanzadənin hərəkət trayektoriyasını, heç olmasa mobil telefon vasitəsilə hələ də tapılmaması növbəti düşündürücü haldır!!!
Cinayət hadisənin açılmasında bilavastə böyük rol oynaya biləcək şəxslərin, o cümlədən ailə üzvülərinin, iş yoldaşlarının dindirilib ətraflı izahat alınması əvəzinə dövlət adından müstəntiqin təhdid, hədə-qorxu gəlməsi totalitarizm üsul-idarəçiliyinin sifətlərindəndir.
Yalnız alqı-satqı predmetinə cevrilmiş Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi:
MADDƏ.1.2.1.Qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;
MADDƏ.8.0.1.Şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq;
MADDƏ.8.0.2.Həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq;
MADDƏ.9.2.Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişinə qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materiallarına sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.
MADDƏ.11.2.Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak, vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir!!! və.s
Milli və beynəlxalq hüququn heç bir müddəasında qanunların kimisinə cəza, kimisinə imtiyaz verilməsi kimi hal mövcud deyildir.
O zaman Razim Telmanzadə Ailəsinə sərgilənən diskriminasiya hansı qaranlıq dünyanın qaralaması ilə qapanıb???
Minlərlə insan və vətəndaş hüquqları Usubov Rüstəmlər, Qaralov Zakirlər tərəfindən deformasiyaya uğradılmış soydaşlarımız Prezident cənab İlham Əliyevin son dövrlər bu sahədə apardığı islahatların fonunda dövlətimiz və millətimiz adında müsbət dəyişiklərin olacağına ümid etməkdədir.
Razim Telmanzadəyə qarşı namusu ilə alver edən xainlər tərəfindən törədilmiş məkirli cinayət faktı üzrə Prezident cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə, Baş Prokuror cənab Kəmran Əliyevə rəsmi müraciət ünvanlanmışdır.
Mövzu diqqətimizdədir.
Leyla Əliyeva