Kilsə Ermənistanın süqutunun anonsunu verdi-VİDEO

28-05-2020, 21:18

Erməni xalqı onu daxildən zəiflədən və gərginlikləri artıran yanaşmalardan imtina etməlidir.
Axar.az xəbər verir ki, bunu Böyük Kilikiya Evinin katolikosu I Aram deyib. O, ermənilərin I respublikadan (1918-ci ildə yaradılan Ermənistan respublikası nəzərdə tutulur) dərs çıxarmalı olduğunu bildirib.
Onun sözlərinə görə, bütün erməniliyin məqsədi Dağlıq Qarabağın “müstəqilliyi"nin gücləndirilməsindən ibarət olmalıdır:
“Çox ehtiyatlı olmalıyıq. I respublikanın mövcud olduğu şərait – epidemiya, iqtisadi böhran, xarici təzyiq və ətrafdakı düşmənlər indiki erməni reallığını xatırladır. Ehtiyatlı olun”.


İstifadəçi paneli