Bakı metrosunda maskaya görə dava salan şəxslər saxlandıldı

3-06-2020, 21:35

Bir neçə gün öncə sosial şəbəkədə yayılan videoda dava salan şəxslər saxlanılıb.

ASMEDİA.AZ xəbər verir ki, metroda maska taxmamağa görə dava salan və polis əməkdaşlarını vaqondan çıxaran şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin məsələylə bağlı açıqlamasını təqdim edirik: 

Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri - Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


İstifadəçi paneli