Qüdsdə yeniyetmə qızı maska rejimini pozduğuna görə saxlayan polisin hərəkətləri ictimai qınağa səbəb olub.
ASMEDİA.AZ bu haqda İsrail mediasına istinadla xəbər verir.
Sosial şəbəkələrdə yayılan videoda 13 yaşlı qızın polisin onu dindirməsi zamanı ağlamağa başladığı görünür. Şahidlərin və qızın anasının sözlərinə görə, uşaq maska geyinib, ancaq onu su içmək üçün çıxarıb. Qız su içəndə ona yaxınlaşan polis məmuru maska rejimini pozmaqda günahlandıraraq ona cərimə yazmağa başlayıb. Uşaq ona valideynlərinin telefon nömrəsini verib və göz yaşı axıdıb.
Qızın anası polisi qızına maskanı necə düzgün taxmağı öyrətmək əvəzinə, cərimə yazmaqda ittiham edib.
Hadisə bəzi siyasətçilərin, o cümlədən Mənzil Siyasəti nazirinin müavini Meir Poruşun da etirazına səbəb olub.