BAKININ MERİ KİMDİR ???
BLOKDAKI İYRƏNC KAYOTA NƏ VAXT TƏMİZLƏNƏCƏK ???
Şeyx Şamil küçəsi 17 ünvanı Paytaxt Bakının ən mənzərəli,pristijni məkanı hesab edilməklə, turistlərin ən çox gəzib dolaşdığı alov qüllələri,təzə bəy hamamı adlandırılan məkanlarla əhatələnmişdir.
Həmin ünvanda yaşayan sakinlər təkrarən,İDEAL MEDİAYA müraciət ünvanlamışlar.
Müraciətdə real faktları əks etdirən qeyri-etik ifadələri işlədə bilməsəkdə,Bakı meriyasına,Səbail icra hakimiyyətinə,əraziyə məsul olan 8 saylı MİS-nin anlayacaq şəkildə problemin məğzini çatdıracayıq.
Qeyd edilir ki,Ş.Şamil küçəsi 17, mənzil 49 ünvanında yaşayan qardaş-bacı Nail-Aidə İsmayılovalar özlərini dəliliyə qoyaraq,qonşu ilə müştərək şəkildə istifadə etməli olduğu dəhlizdə merlərə yaraşan TUALET inşa etdirib.
Vətəndaşların,xüsusilə gənc oğlan-qızların gediş-gəliş etdikləri ümumi yolda alt paltarlar daimi asılı qalır və bu utanverici səhnənin yığlşdırılmasından ötrü müraciət edilməyən qurum-orqan qalmamışdır...
Tədbir görmək səlahiyyətində olan məhz həmin dövlət orqan və qurumları dəli qardaş-bacıdan pul-para almaq şansları az olduğundan,hər hansı bir xoşagəlməz hadisənin baş verəcəyi günü gözləməkdədirlər.
Bakını sevən,qonaqlara mənalı günlər bəxş etmək istəyən analoqsuz başlar onuda unutmamalıdırlar ki,turistlər çox vaxt məhz həmin memarlıq binalarında qalmağa üstünlük verir.
Bu gəzintilər zamanı, blokdan,qapıdan,pilləkəndən asılan alt paltarları barədə hansı izahatlar verilsin ki,turistlər həm təmasiyab alsın,həm də bu cür praktikanı oz ölkələrinə daşısınlar....?!
Hər ay zibil pulu yığmağa gələn və göndərilənlər,vacibdir ki,əvvəlcə ərazidəki zibilxanaları təmizləsin,blokdakı Tualeti söksün...
Vətəndaş narazılıqlarından məmnun qalan nəzarətedici qurumlar inanırıq ki, idarəetmədə dönüş yarada biləcəklər!!!