Oxşar xəbərlər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı ciddi narahatlığını ifadə edir və tərəfləri atəşi dərhal dayandırmağa çağırır.
ASMEDİA.AZ xəbər verir ki, bu sözlər KTMT-nin bəyanatında yer alıb.
“Tərəfləri KTMT-nin məsuliyyət zonasında atəşkəs rejimini dərhal bərpa etməyə çağırırıq. Ölənlərin yaxınları və qohumlarına başsağlığı verir, yaralılara tezliklə sağalmağı arzu edirik”, – deyə bəyanatda bildirilib.
Bəyanatda, həmçinin, sərhəddə yaranan vəziyyətin iki ölkə arasında əldə edilmiş atəşkəslə bağlı razılaşmanın pozulmasına şahidlik etdiyi vurğulanıb.