AXTARIŞDA OLAN NAZİRLƏRDƏN BİRİ TAPILSADA...

17-07-2020, 18:36

İdeal Holdinqin Sahibi, Qarabağ Qazisi, keçmiş Siyasi və Vicdan məhbusu Nazim İdeal rəsmi Fasebook səhifəsində paylaşdığı yazını diqqətinizə çatdırırıq:   

Ötən gün yoxa çıxmış və sonradan evdə çalışdığını iddia edən Xarici İşlər naziri,nəhayət ki,tapıldı və "sabiq"statusu altında istefaya göndərildi..
Ərazisi işğal altında olan bir ölkənin Xarici işlər nazirinin öz doğma dilində danışa bilməməsi,uzun illər boyu təkcə xarici siyasətdə və eyni zamanda dilçilik seqmetində yerindəeşmələrlə yadda qaldı...
Yenədə yaxşı ki,Nazir tapıldı və düşmənlərin sevincinə şans tanıtmadı...
Ən böyük dərd Səhiyyə nazirinin uzun müddətdir ki,görünməməsidir!
Ölkədə COVİD-19 adlı virusun "mutasiya" rəqsi oynadığı bir zamanda,Səhiyyə nazirinin yoxa çıxması,ən azından acınacaqlı vəziyyətdə bu və ya digər problemlərlə bağlı açıqlama verməməsi  sıxıcıdır!
Xalqa köməyi dəyməsədə özünə rəhmi və yardımı dəyib ayaqda qalması,Xalqın başının sakit olacağı qədər taleyüklü məsələdir!!!
İstefaya göndərilsədə belə,bir dəfə də olsun Xalqın qarşısına sağlam çıxması təqdirəlayiqdir!


İstifadəçi paneli